“Atletiko”nun yarımmüdafiəçisi Arda Turan Madrid “Real”ına qarşı keçiriləcək İspaniya Superkuboku uğrunda oyunda komandasına kömək edə bilməyəcək.
Korner.az-ın məlumatına görə, həkimlərin tibbi müayinəsindən sonra onun adının matçın iştirak ərizəsinə salınmaması qərara alınıb. Qeyd edək ki, Superkubok oyunları avqustun 19-u və 22-də keçiriləcək.
