Araz Abdullayev Kipr klubundan ayrıldı
06.01.2022 , 16:10

Azərbaycan millisinin üzvü Araz Abdullayev Kiprin “Etnikos” klubundan ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Xəbərdə tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi qeyd olunub.
29 yaşlı yarımmüdafiəçi ötən ilin iyununda “Etnikos”la 1 illik müqavilə imzalamışdı. Araz meydana çıxdığı 12 matçda qol vurmayıb.
