Portuqaliya II Liqasında XIII turun oyunları başa çatıb.
Korner.az-ın məlumatına görə, Amit Quluzadənin çıxış etdiyi "Atletiko" Lissabon "Sportinq" Lissabonun 2-ci komandasını qəbul edib.
Oyun Amitin komandasının 5:0 hesablı qələbəsi ilə başa çatıb. Amit 57-ci dəqiqədə, hesab 3:0 olarkən meydana çıxıb.
Qeyd edək ki, "Atletiko" 13 turdan sonra 15 xalla turnir cədvəlinin 17-ci pilləsindədir.
