“Alaves”də yeni baş məşqçi
06.04.2022 , 18:56
“Alaves”in yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Xulio Velaskes çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 40 yaşlı mütəxəssislə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Velaskes baş məşqçi postunda bir neçə gün əvvəl istefaya göndərilən Xose Luis Mendilibarı əvəzləyib.