Dünən futbol üzrə Azərbaycan I Divizionunda 14-cü turun daha üç oyun keçirilib.
Korner.az-ın məlumatına görə, “Ağsu” və “Turan-T” doğma meydanlarında keçirdikləri oyunlarda
qələbə qazanıblar. “Bayıl Arena”da keçirilən “Neftçala”-“Araz Naxçıvan” qarşılaşmasında isə nominal meydan sahibləri qalib gəliblər
“Turan-T” 2-1 “Mil-Muğan”
(Fərmayıl Əliyev, 45; Azər Məmmədov, 90+4 // Elşən Hacıyev,
73)
“Ağsu” 5-0 “Göyəzən”
(Həsən Allahyarov, 5 (p.); 20 (p.); Qalib Əmrahov, 26; 76;
Nicat Tağıyev, 48)
“Neftçala” 1-0 “Araz Naxçıvan“
(Nakim Vəliyev)
