big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Adil Mahmudov: “Təkcə “Araz Naxçıvan” yox, bütün rəqiblərimiz çox güclüdür” (MÜSAHİBƏ)

15.01.2014 , 19:36

Birinci Divizionun ilk dövrəsini turnir cədvəlinin 2-ci pilləsində başa vuran "Qaradağ Lökbatan"ın ikinci dövrəyə necə hazırlaşdığı barəsində məlumat əldə etmək üçün komanda ilə əlaqə yaratdıq.

Korner.az klubun baş məşqçisi Adil Mahmudovun müsahibəsini təqdim edir:

– Adil bəy komandanın Birinci Divizionun ikinci dövrəsinə hazırlıq prosesi necə keçir?

– Yanvar ayının 7-dən hazırlıqlara başlamışıq. Bu gün 2 yoldaşlıq görüşündə qüvvəmizi sınamışıq. Səhər saat 11-də "Neftçi"nin 19 yaşlılardan ibarət komandasına 4:0 hesabı ilə qalib gəlmişik. Günorta saat 16:30-da AZAL-a qarşı oyunda isə komandamız 3:2 hesabı ilə əzmkar qələbə qazandı. Yanvarın 18-dən etibarən isə Gürcüstanın paytaxtı Tiflisə təlim-məşq toplanışına gedəcəyik.

– Tiflisdə komanda nə qədər müddət qalacaq və hansı klublarla yoxlama oyunları keçirməyi planlaşdırırsınız?

– Yanvarın 29-na kimi Tiflisdə olacağıq. Toplanış müddətində 4 yoldaşlıq görüşü keçirməyi planlaşdırırıq. Rəqiblərimiz də bəllidir. Gürcüstanın "Dinamo Tbilisi", "Vit Georgiya", "Metalurq Rustavi" və "Torpedo Kutaisi" klubları ilə görüşməyi planlaşdırırıq.

– Yəqin ki, Tiflis toplanışında komandadan göndəriləcək futbolçuların adına aydınlıq gələr? Yoxsa indidən bəllidir hansı futbolçuların komandadan ayrılacağı?

 – Komandadan Emin İbrahimov, Qafar Alıyev, Murad Ağakişiyev artıq göndərilib. Komandamıza 4 yeni futbolçu da qoşulub. Ramil Nuriyev, Timur Dadaşov, Mehdi Mehdiyev və Fərman Babayev bundan sonra "Qaradağ Lökbatan"ın uğurları üçün mübarizə aparacaq.

– Bu yeniliklərdən başa düşülür ki, komanda Tiflis toplanışına komplekləşmək üçün gedir. Yəni daha komandadan futbolçu göndərilib və ya başqa transfer edilməyəcək?

– Xeyr, komandanın heyətində daha heç bir dəyişiklik edilməyəcək.

– Birinci divizionun geridə qalan ilk dövrəsini necə dəyərləndirərdiniz?

– Allaha şükür hər şey qaydasındadır. Çalışacağıq ki, ikinci dövrədə maksimum az səhv edək və sonda istədiyimizə nail olaq. Bildiyimiz kiimi ildən-ilə çempionluq uğrunda mübarizə daha da çətinləşir. Bu istəyimizi əldə etmək üçün çoxlu güc və enerji sərf etməliyik.

– Çempionluq uğrunda mübarizədə çox güclü rəqibiniz var – "Araz  Naxçıvan". Turnir cədvəlində onlardan 4 xal geri qalırsınız. Mövsümün sonunda onları geridə qoymağı bacaracaqsınız?

– Futbolda hər şey mövcuddur. Biz bu mövcudluqdan istifadə etməyə çalışacağıq. Təkcə "Araz Naxçıvan" yox, bütün rəqiblərimiz çox güclüdür. 

– Deyilənlərə görə, mövsümün sonunda yenidən 12 komandalıq sistemə qayıdılacaq və Birinci diviziondan 2 komanda Premyer Liqaya vəsiqə qazanacaq. Fikirləşirsiniz ki, 1-ci və ya 2-ci yeri tutacağınız təqdirdə sizə lisenziya verəcəklər?

– Təki 12 komanda olsun, onlardan biri "Qaradağ Lökbatan" olsun.

– Sualımız tam fərqi idi Adil bəy. Əminsiniz ki, 12-ci komanda üçün lisenziyanı "Qaradağ Lökbatan"a veriləcək?

– Həyatda hər şey ola bilər. Allaha pənah…

– Yaxşı tutaq ki, sizə lisenziyanı vermədilər. Yenə Birinci Divizionda mübarizə aparmağa razı olacaqsınız?

– Bilirsiniz? Mən bu komandada Avropa səviyyəsində işlər görmüşəm. Allaha şükür işimiz göz qabağındadır. Rəhbərlikdə daim komanda ilə maraqlanır və onlar üçün bütün şəraiti yaradılıb. Bu şəraiti yaratdığı üçün klubumuzun prezidenti Tahir Mustafayevə dərin təşəkkürümü bildirirəm. 100 ildə olsa burda çalışacam və axır əvvəl "Qaradağ Lökbatan"la birgə Avropaya vəsiqə qazanacam.

 – Komandanıza və sizə gələcək fəaliyyətinizdə uğurlar arzu edirik.

 – Sizə və saytınıza dərin təşəkkürümü bildirirəm. Bizim işlərimizi şəffaf işıqlandırdığınız üçün Allah sizdən razı olsun!

Söhbətləşdi: İlkin Sultanlı

Son yazılar

To Top