Bakıda Türk Şurası Universitet İdman Oyunları çərçivəsində keçiriləcək Azərbaycan – Türkiyə futzal oyununu idarə edəcək hakimlərin adları açıqlanıb.
Qarşılaşma FİFA referilərinə tapşırılıb. Belə ki, oyunu Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazovdan ibarət briqada idarə edəcək.
Qarşılaşma aprelin 7-də, saat 14:00-da Azərbaycan Texniki Universitetin idman zalında keçiriləcək.