Bunun səbəbi, klub azarkeşlərinin Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində MOİK-lə matçda bir sıra qayda pozuntuları etməsidir
Belə ki, fanatlar stadiona əşyalar atıb və pirotexniki vasitələrdən istifadə ediblər. Onlar həmçinin futbolçulara qarşı irqçi ifadələr səsləndirərək stadionun tribunalarını bloklayıblar.
Qeyd edək ki, Fransanın "Lion" klubu Avropa Liqasının 1/8 final mərhələsinin ilk matçında səfərdə Rusiyanın MOİK klubunu 1:0 hesabı ilə məğlub etsə də, doğma azarkeşlər önündə 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.