İtaliya A Seriasında mübarizə aparan “Milan” “Latsio”nun ulduzu Balde Diao Keytanı istəyir.
Korner.az-ın məlumatına görə, bu haqda “Corriere dello Sport” xəbər yayıb.
İddia edilir ki, “Milan” transfer üçün astronomik məbləğ təklif etməyə hazırlaşır.
Qeyd edək ki, Keytanın müqaviləsi 2018-ci ilin iyun ayında bitir. “Latsio” ispan oyunçuya yeni müqavilə təklif etsə də, hücumçu daha yüksək məbləğdə maaş tələb edir.
Xatırladaq ki, 22 yaşlı futbolçu bu mövsüm 21 liqa matçında 7 qol vurub.