Rumıniya millisinin hücumçusu Çiprian Marika yığma karyerasını başa vurub.
Korner.az-ın məlumatına görə, 31 yaşlı futbolçu bildirib ki, buna səbəb səhhətində yaşadığı problemlərdir.
“Dinamo” (Buxarest), “Şaxtyor” (Donetsk), “Ştutqart”, “Şalke”, “Hetafe”, “Konyaspor” kimi klubların şərəfini qorumuş Marika bundan sonra ailəsinə daha çox vaxt ayırmaq və xeyriyyə işlərində fəal iştirak etmək istədiyini deyib. Milli komandanın formasını 65 oyunda geyinmiş forvard 23 qol vurub.