“Yuventus”la 5 illik müqavilə imzalayacaq
27.06.2024 , 16:31
“Aston Villa”nın futbolçusu Duqlas Luis klubundan ayrılacaq.
Korner.az xəbər verir ki, braziliyalı oyunçu karyerasını “Yuventus”da davam etdirəcək.
Luis bu gün Turinə yollanaraq tibbi baxışdan keçəcək.
Futbolçunun İtaliya nəhəngi ilə 5 illik müqaviləyə imzalayacağı bildirilir.