“Beşiktaş” Yusufu transfer edir
01.07.2024 , 14:52

“Beşiktaş”ın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, İstanbul klubu “Lill”dən ayrılan Yusuf Yazıcını gündəminə gətirib.
“Beşiktaş”ın yaxın günlərdə futbolçuya təklif göndərəcəyi bildirilir.
27 yaşlı ulduz futbolçu ötən mövsüm 42 matçda 12 qol vurub, 4 məhsuldar ötürmə edib.
