“Bavariya” onun transferini bitirir
27.06.2024 , 15:56

“Bavariya” yeni transferi üçün gün sayır.
Korner.az xəbər verir ki, Münhen təmsilçisi “Kristal Palas”dan Mixael Olizenin keçidini tamamlamağa yaxındır.
22 yaşlı futbolçu bu həftə “Bavariya”da tibbi müayinədən keçəcək.
Olisenin səhhəti yoxlanıldıqdan sonra futbolçunun “Bavariya” ilə müddəti 2029-cu ilə qədər olan müqavilə imzalayacağı bildirilir.
Almaniya nəhəngi Olise üçün “Kristal Palas”a bonuslar da daxil olmaqla 60 milyon avro ödəyəcək.
Ötən mövsüm “Kristal Palas”ın heyətində 19 matçda meydana çıxan Olise 10 qol vurub, 6 məhsuldar ötürmə edib.
Mina Musayeva
