“Nyukasl” qapıçı transfer etdi
01.07.2024 , 21:00

“Nyukasl” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Odesias Vlaxodimos “Nottingem Forest”dən transfer edib
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Odesias ötən mövsüm 9 oyunda çıxış edib. O, 19 dəfə qol buraxıb, 2 matçda isə qapısını toxunulmaz saxlayıb.
