Madrid klubundan 30 milyon avroluq transfer
01.07.2024 , 23:44

“Atletiko” yeni transferin keçidi üçün gün sayır.
Korner.az xəbər verir ki, Madrid klubu Robin Le Normand üçün “Real Sosyedad”la razılığa gəlib.
Fabrizio Romanonun xəbərinə görə, İspaniya nəhəngi bu transfer üçün qarşı tərəfə 30 milyon avro ödəyəcəyini bildirib.
27 yaşlı müdafiəçi ilə uzunmüddətli razılığın əldə olunduğu və yaxın vaxtlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
Mina Musayeva
