“Neftçi”dən Divizion klubuna
07.02.2023 , 16:15
Son ünvanı “Neftçi” olan Fəhmin Muradbəylinin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Araz-Naxçıvan”a keçib. Bu barədə Divizion təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Fəhminlə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.
Muradbəyli “Neftçi”dən başqa, “Səbail” və “Şamaxı”da forma geyinib.