Baş məşqçini göndərdilər
08.12.2022 , 16:58
İspaniya Futbol Federasiyası millinin baş məşqçisi Luis Enrike ilə yolları ayırıb.
Korner.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Enrike 2019-cu ildən İspaniya millisini çalışdırırdı.
Onun rəhbərliyi altında komanda DÇ-2022-də 1/8 finalda Mərakeşə (əsas və əlavə vaxt – 0:0) penaltilər seriyasında 0:3 hesabı ilə uduzub.