Millidən heç-heçə
25.03.2022 , 18:27
Maltada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.
Korner.az xəbər verir ki, Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 2:2 hesabı ilə başa çatıb. Fasiləyə məğlub yollanan millimiz 51-ci dəqiqədə Əşrəf Ələkbərli və 60-cı dəqiqədə Dinamin Bağırovla hesabda irəli çıxıb. Rəqib komanda 62-ci dəqiqədə penaltidən yararlana bilməyib. Millimizin qapıçısı Sadiq Məmmədzadə penaltini dəf edib.
Bu komandalar arasında növbəti oyun martın 28-də keçiriləcək.