Nuriyevin komandasından qələbə
29.11.2021 , 16:36
Ukrayna Premyer Liqasında XVI turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” evdə “Veres Rivne” ilə qarşılaşıb və qalib gəlib – 1:0.
Nuriyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.
“Kolos” 18 xalla 16 komanda arasında 10-cu pillədə qərarlaşıb.