“Sumqayıt” mübarizəni dayandırdı
29.07.2021 , 21:54
“Sumqayıt” komandası bu gün Konfrans Liqasında növbəti matçına çıxıb.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 2-ci mərhələnin cavab oyunu çərçivəsində Serbiyanın “Çukariçki” komandasını qəbul edib. Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmada təmsilçimiz 0:2 hesabı ilə məğlub olub.
Komandalar arasında Serbiyada baş tutan ilk matçda qapılara qol vurulmamışdı.
Konfrans Liqası, 2-ci mərhələ, cavab oyunu
29 iyul
20:00 Sumqayıt – Çukariçki (Serbiya) – 0:2
Baş hakim: Yorgen Burxardt (Danimarka)
İlk oyun 0:0