Sərt karantin futbola təsir etməyəcək
08.12.2020 , 18:57
Azərbaycanda açıq havada rəsmi idman yarışlarının keçirilməsi, habelə beynəlxalq idman yarışlarına hazırlıq üzrə tədbirlərin təşkilinə icazə verilir.
Korner.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqlamasında bildirilir.
Bu isə o deməkdir ki, futbol üzrə Azərbaycan çempionatı da daxil olmaqla açıq havada yarış keçirmək mümkün olacaq.