Premyer Liqa klubunda yeni müqavilə
22.09.2020 , 16:07
“Aston Villa”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Birmingem təmsilçisi müdafiəçisi Tayron Minqslə müqavilənin müddətini artırıb.
27 yaşlı futbolçu ilə 2024-cü ilin yayınadək yeni sözləşmə imzalanıb.
İngilis futbolçu 2019-cu ilin yanvarından “Aston Villa”nın uğurları üçün çalışır.