Bundesliqa klubunda yeni müqavilə
11.08.2020 , 18:03
“Hoffenhaym”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisinin müdafiəçisi Lukas Ribeyro ilə müqavilənin müddətini uzadıb.
Futbolçu ilə yeni müqavilə 2024-cü ilin 30 iyununa qədərdi.
“Hoffenhaym” Lukas Ribeyro ilə müqavilə yeniləsə də, onu icarəyə göndərib. Belə ki, 21 yaşlı braziliyalı futbolçu qarşıdakı mövsümü ölkəsinin “İnternasional” klubunda keçirəcək.