İsrafilovun komandası səfərdə məğlub oldu
14.07.2020 , 16:25
İspaniya 2-ci liqasında 40-cı turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Albasete” səfərdə “Elçe” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
İsrafilov bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Albasete” hazırda 46 xalla 20-ci pillədə qərarlaşıb.