Biabırçı məğlubiyyətə görə baş məşqçisini göndərir
01.11.2019 , 19:03
İtaliyanın “Udineze” klubu baş məşqçisi İqor Tudorla yollarını ayırmağa hazırlaşır.
Korner.az xəbər verir ki, A Seriyası təmsilçisinin noyabrın 3-nə qədər Tudorla yollarını ayıracağı bildirilib.
Bu komandanın son oyunlardakı biabırçı məğlubiyyətlərlə üzləşməsi səbəb göstərilir.
Qeyd edək ki, “Udineze” son iki turda “Atalanta”ya səfərdə 1:7, “Roma”ya isə edə 0:4 hesabıyla uduzub.