Ayın ən yaxşı futbolçusu
04.10.2019 , 19:50
İspaniya La Liqasında sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Edeqor ayın ən yaxşısı seçilib.
Qeyd edək ki, futbolçu sentyabrda 4 matçda 1 qol vurub, 2 qolun ötürməsini verib.