Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarına hazırlıq məqsədilə Xorvatiyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Yadren" klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirib.
Korner.az-ın məlumatına görə, qarşılaşma 3:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolları Bayram Budaqov, Eldar Cankişiyev və Orxan Əliyev vurub.