Ukraynanın "Şaxtyor" klubunun baş direktoru Sergey Palkin baş məşqçi Mirçi Luçeskunun yarımmüdafiəçi Henri Mxitaryanın "Zenit"e keçmə ehtimalı ilə bağlı sözlərini şərh edib.
Korner.az-ın məlumatına görə, Palkin "Zenit" rəhbərliyinin erməni futbolçu üsüçn sadəcə telefon vasitəsilə maraqlandığını deyib. Ortada heç bir rəsmi sənəd olmayıb.
"Biz heç Mxitaryanın transfer qiyməti barədə də heç bir müzakirə aparmamışıq. Henrix özü də "Zenit"də olmaq istəyini heç bir zaman dilə gətirməyib.
Bu barədə mənə sadəcə bir zəng olub. Ola bilər Luçeskuya da zəng ediblər. Mən onunla bu barədə danışmamışam.
"Şaxtyor" istənilən futbolçu ilə danışıqlar aparmağa hazırdır. Əlbəttə ki, biz Mixtaryanla ayrılmaq istəmirik. lakin birdən sabah hər hansı bir klub gəlib 40 milyon avro təklif edə bilər. Mən bunu misal üçün dedim. Əgər nəzərə alsaq ki Zenit hansı qiymətə futbolçular alıb, 40 milyon onun yanında heç nədir".