40-cı dəfə böyük hesabla məğlub oldular
15.08.2022 , 17:27
![](https://korner.az/wp-content/uploads/2022/08/D1F08F42-9371-4249-840F-B5CAA1DC6BB8.jpeg)
“Kəpəz” Azərbaycan çempionatlarında 40-cı dəfə böyük hesabla uduzub.
Korner.az PFL-ə istinadən xəbər verir ki, Gəncə təmsilçisi Misli Premyer Liqasının II turunda “Neftçi”yə məğlub olub.
Səfərdəki 2:5 hesablı nəticəyə qədər qərblilər 39 dəfə üç və ya daha çox top fərqilə uduzmuşdu. 40 böyükhesablı məğlubiyyətdən 11-i ev, 29-u səfər görüşlərində qeydə alınıb.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)