Azərbaycan Superkuboku uğrunda oyun yenidən bərpa olunur.
Korner.az–ın məlumatına görə, 18 illik fasilədən sonra Peşəkar Futbol Liqası bu titul uğrunda həlledici matçın vaxtını açıqlayıb.
Superkubok uğrunda oyun 2013/14 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsinin başlanmasına 1 həftə qalmış keçiriləcək. Bu isə 2014-ci ilin iyunun son 10 günlüyünə təsadüf edəcək.
Qeyd edək ki, Azərbaycan Superkuboku sonuncu dəfə 18 il əvvəl -1995-ci ildə keçirilib. İndiyə kimi 3 dəfə keçirilən bu kuboku iki dəfə “Neftçi”, bir dəfə “Qarabağ” qazanıb.