“Sabah” və “Keşlə” 1/4 finalda
11.12.2021 , 19:59

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Korner.az xəbər verir ki, ikinci oyun günündə daha 2 qarşılaşma baş tutub.
İlk matç “ASK Arena”da keçirilib. Günün ilj matçında meydan sahibi “Keşlə” I Divizionun lideri “Qaradağ Lökbatan”ı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Günün 2-ci görüşündə isə Premyer Liqa təmsilçisi “Sabah” “Kəpəz”lə üz-üzə gəlib. Görüş mrydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib. Bununla da “Keşlə” və “Sabah” adını 1/4 finala yazdırıb.
Azərbaycan Kuboku
1/8 final mərhələsi
11 dekabr (şənbə)
15:00. “Keşlə” – “Qaradağ Lökbatan” – 2:1
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Elçin Məsiyev
ASK Arena
18:00. “Sabah” – “Kəpəz” – 3:0
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Bank Respublika Arena
