“Qarabağ” və “Səbail”dən qələbə
01.02.2021 , 20:00
Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Sumqayıt” öz meydanında “Səbail”lə qarşılaşıb. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər matçında “Qarabağ” “Qəbələ”ni qəbul edib. Ağdam klubu bu görüşdə 3:1 hesablı qələbə qazanıb.
1/4 final mərhələsinin digər matçları sabah keçiriləcək. Bu mərhələnin cavab qarşılaşmaları 6 və 7 fevralda olacaq.
Azərbaycan kuboku, 1/4 finalın ilk oyunları
1 fevral
16:00 Sumqayıt – Səbail – 0:1
Qol: Amil Yunanov, 12
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Sumqayıt şəhər stadionu
18:00 Qarabağ – Qəbələ – 3:1
Qollar: Kvabena Ovusu, 55, Mahir Emreli, 72, 74 – Ceyms Adeniyi, 88Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
2 fevral
16:00 Keşlə – Kəpəz
“ASK Arena”
18:00 Neftçi – Zirə
8-ci km stadionu