big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Əsgər Abdullayev: “Futbolçulara da demişəm ki, kim inanmır, çıxsın getsin” (MÜSAHİBƏ)

14.08.2013 , 23:20

“Araz-Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayevin müsahibəsi

– Bu gün (söhbət avqustun 13-də olub – S.A.) “Neftçala”yla yoxlama oyunu keçirdiz. Təəssüratlarınız necədi?

– “Neftçala”yla yoldaşlıq görüşünün məqsədi əsas heyətin müəyyənləşdirilməsi, xətlərarası əlaqələrin yaradılması və digər futbolçuların yoxlanılması məqsədi daşıyırdı. Əlbəttə ki, qalib gəlmək lazım idi. Ancaq indiki mərhələdə bizim üçün bundan da önəmli olan əsas heyətin müəyyənləşdirilməsidi. “Neftçala” birinci divizionun iddialı komandalarındandı və mənə elə gəlir ki, onlara qarşı oyunumuz bütövlükdə pis alınmadı. Birinci hissədə futbolçuların üzərində qorxumu deyim, məsuliyyətmi deyim – çünki 15 il idi Naxçıvan böyük futboldan kənarda qalmışdı deyə, futbolçularım qalib gəlmək istəyirdilər – hiss olundu. İkinci hissədə komanda qol buraxmışdı və bunun əvəzini çıxmaq istəyirdi. Əlbəttə, bu yaxşı xüsusiyyətdi. Ümumi götürsək, bəlkə də bizim qol imkanlarımız rəqiblə müqayisədə daha çox idi. Ancaq təəssüf ki, istifadə edə bilmədik. Qalib gələ bilmədiksə, deməli, azarkeşlərimiz qarşısında hələ borcluyuq. Bu komandada o potensial var və inanıram ki, biz iddialı komandalara qarşı layiqli mübarizə aparan heyət formalaşdıracağıq.

– Mövsümün başlanmasına hələ bir qədər vaxt var. Bu müddətdə komandaya yeni futbolçuların alınması planlaşdırılırmı?

– Əlbəttə, yeni futbolçulara ehtiyacımız var. Özünüz də şahidi olduz, oyun vaxtı biz 2-3 nəfəri əvəzlədiksə, “Neftçala” 7-8 futbolçusunu əvəzlədi.

Liderliyə oynamış rəqibə qarşı nümayiş etdirdiyimiz oyun göstərdi ki, komandanın potensialı var. Qalır bircə işləmək.

– Hazırda komandanızda bir legioner var – Canalidze. Transfer etməyi planlaşdırdığınız futbolçular yerli olacaq, yoxsa legioner?

– Hər halda yerli futbolçular arasından seçim etməliyik. Bilirsiz ki, yeni mövsümdən tətbiq olunacaq qərara əsasən, əsas heyətdə 8 nəfər 21 yaşadək futbolçu oynamalıdı.

– Ötən mövsüm birinci divizionun bəzi oyunlarını izlədik və belə təəssürat yarandı ki, bu liqadakı komandaların oyununda müşahidə olunan aqressivlik hərdən hətta Premyer Liqa oyunlarındakı mübarizəni də keçir. “Araz” bu “döyüş”ə hazırdımı?

– Əlbəttə, mən kobud oyuna qarşıyam. Nə öz komandamın, nə də rəqibin kobud oynamasını istəyərəm. Amma sərt futbolun buna aidiyyəti yoxdu. Futbolçu bunu bilməlidi. Bir də ki, rəqibdən top almağı, topsuz da oynamağı bacarmayan futbolçu mənim komandamda oynaya bilməz. Dünyanın ən yaxşı futbolçusu bir oyunda maksimum 1,5 dəqiqə topla oynayırsa, qalan vaxtda topsuz qaçır, rəqibdən top almağa çalışır. Mənim oyun anlayışım budu ki, futbolçu döyüşkən olmalıdı, sınmamalıdı, sonadək mübarizə aparmalıdı.

– Bundan əvvəlki iş yeriniz də paytaxtdan kənarda – Tovuzda idi. İndi isə Naxçlvandasız. Hansında özünüzü daha rahat hiss edirsiz?

– Bu gün “Araz”dayamsa, təbii ki, bu barədə danışmağım, bunu müzakirə etməyimiz düzgün olmaz. Ancaq siz özünüz də Tovuzdakı şəraiti görmüşdüz, burdakı şəraiti də gördüz. Mən “Turan” da daxil olmaqla, bütün klublarımıza “Araz”dakı kimi şərait arzulayıram.

– İllər sonra Naxçıvanı böyük futbola qaytaran “Araz”dan indi Muxtar Respublikada hamı nəticə gözləyir yəqin ki. Bu istiqamətdə üzərinizdə təzyiq hiss edirsizmi?

– Hər hansı təzyiq hiss etmirəm. Ancaq özüm hansı məsuliyyəti daşıdığımı yaxşı bilirəm. Mən bu komandanı güclülər dəstəsində görmək istəyirəm və hesab edirəm ki, “Araz” rəhbərliyi də bunu arzulayır. Bunun özü böyük məsuliyyətdi. Mən bu məsuliyyəti ilk növbədə azarkeşlər qarşısında daşıyıram və öhdəsindən gəlməyə çalışacam.

– Komandanız əsasən gənclərdən ibarətdi və yalnız bir təcrübəli futbolçu var: Emin İmaməliyev. Heyətə Emin kimi təcrübəsiylə həm gənc futbolçularınıza örnək olacaq, həm də komandanı gücləndirəcək başqa futbolçular qatmağı da planlaşdırırsızmı?

– Mikayıl Rəhimov da təcrübəli futbolçu sayıla bilər. David Canalidze gənc oyunçularımızdan çox qabağa gedə bilməyib, 23 yaşı var, ancaq hardasa daha çox oyun təcrübəsinə malikdi. Rəhman Musayev var təcrübəli saya biləcəyimiz. Yəni gənclərə nümunə ola biləcək futbolçularımız az deyil heyətdə. Bir daha təkrar edirəm: bu komandanın nailiyyət qazanmaq üçün potensialı var və “Araz” çempionluq uğrunda mübarizə aparacaq. Futbolçulara da demişəm ki, kim bu iddianı gerçəkləşdirəcəyimizə inanmırsa, çıxsın getsin.

– AFFA İcraiyyə Komitəsinin martda qəbul etdiyi qərara əsasən, birinci divizion komandalarının əsas heyətində 8 nəfər 21 yaşadək futbolçu oynamalıdı. Ancaq söhbətlər gəzir ki, İK-nın avqustun 14-də keçiriləcək toplantısında bu limit 6 nəfərə endiriləcək. Komandanı komplektləşdirdiyiniz halda qərarın dəyişdirilməsi planlarınızı pozmayacaq?

– Mənə elə gəlir ki, çox da təsir etməz planlarımıza. Çünki mənim transfer etməyi planlaşdırdığım hər 2 futbolçunun yaşı 21-dən yuxarıdı.

– Əsgər müəllim, bir anlığa CV-nizi gözlərimin qarşısına gətirdim: U-21-in və əsas milli komandanın, öz bir dövrün iddialılarından olmuş “Şəfa”nın, sonralar “Bakı”nın, AZAL-ın, … baş məşqçisi. Yəni kifayət qədər sanballı CV-niz var. Belə bir CV-si olan çalışdırıcının birdən-birə birinci divizionda oynamağa iddialı, üstəlik, yeni yaradılmış komandaya keçməyə razılıq verməsinin kökündə nə durur?

– Mən bu klubdan dəvət alanda Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov danışdım və bildirdim ki, əvvəlcə klubun şəraiti ilə tanış olmaq istəyirəm. Gəldim və şəraitlə tanış olduqdan, rəhbərliyin iddialı olduğunu gördükdən sonra işləməyə razılıq verdim. Həm də Naxçıvan komandalarının bir neçə oyununu izlədim və gördüm ki, çox döyüşkən futbolçular var burda. Hətta sizi inandırım ki, su içində qalmış meydançalarda futbolçular “şitki”siz döyüşürdülər. Futbol da döyüşü sevir, döyüşün bir növüdü. Şəraiti gördüm, futbolçuların mübarizliyini gördüm, rəhbərliyin, azarkeşlərin iddiasını gördüm və işləməyə razılıq verdim. Mənə görə, iddiası, şəraiti olan birinci dəstə komandasında oynamaq – iddiasız və şəraiti olmayan yüksək dəstə komandasında işləməkdən daha şərəflidi.

– Bayaq dediz ki, bu komandanı yüksək dəstədə görmək istəyirəm. Bu məqsədi qarşınıza birinci mövsüm üçün qoymusuz, yoxsa bir-iki il birinci dəstədə “bişdikdən” sonra istəyirsiz Premyer Liqada oynamağı?

– Çox istərdim ki, Premyer Liqaya vəsiqəni elə birinci mövsüm qazanım.

– Sizin bu istəyiniz rəhbərliyin istəyiylə üst-üstə düşür?

– Məncə, hə.

Saleh Arslan

Naxçıvan

Son yazılar

To Top