Əliyevin komandası səfərdə məğlub oldu
12.12.2020 , 19:58
Rusiya Premyer Liqasında XVIII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi “Ufa” səfərdə “Rotor”la qarşılaşıb və məğlub olub – 0:1.
Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Ufa” hazırda 13 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.