Futbol

“Milan”ın futbolçusu uğrunda mübarizə: “Çelsi” və “Real”!

07.03.2018 , 09:11

İtaliyanın “Milan” klubunun futbolçusu Alesio Romanyoli karyerasını Apenin yarımadasından kənarda davam etdirə bilər. Futbolçu ilə iki komanda yaxından maraqlanır. 

İngiltərənin “Çelsi” klubu Romanyoliyə görə “Milan”a rəsmi təklif göndərib. Lakin futbolçunun özü “Milan”da qalmağı üstün tutub. Bundan başqa “Real”ın da futbolçu ilə yaxından maraqlandığı deyilir. Lakin Madrid tərəfi Milan təmsilçisinə heç bir təklif göndərməyib. 

İtaliyalı futbolçu 2015-ci ildən “Milan” klubunun heyətindədir və bu müddət ərzində 82 oyuna çıxıb, yalnız 3 dəfə fərqlənə bilib.

Click to comment

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Son yazılar

Yuxarı