“Zirə”nin ilk rəqibi məlum oldu
12.07.2023 , 14:46

“Zirə” yay təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək.
Korner.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Komanda iyulun 14-də “Kəpəz”lə qarşılaşacaq.
Oyun saat 19:00-da Zirə İdman Kompleksində başlanacaq.
