“Borussiya”dan 8 milyonluq transfer
12.07.2023 , 15:53

Almaniyanın “Borussiya” (Mönhenqladbah) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın “Brest” klubundan sağ cinah vingeri Frankt Honoratı transfer edib.
Almaniya klubu bu transfer üçün Liqa 1 təmsilçisinə 8 milyon avro ödəyib. 26 yaşlı fransız futbolçu ilə də 5 illik müqavilə imzalanıb.
