Çempionlar Liqasının I təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”yə rəqib olan Gürcüstan çempionu “Zeftafoni” bu gün yoxlama görüşü keçirəcək.
Korner.az-ın məlumatına görə, gürcülər Ruminya yüksək liqa təmsilçilərindən olan “Astra” ilə qarşılaşacaq. Matç “Zestafoni”nin təlim-məşq toplanışında olduğu Avstriyanın Tirol şəhərində baş tutacaq. Bu qarşılaşma gürcülərin Avstriya toplanışı çərçivəsində ilk oyunu olacaq.
Qeyd edək ki, hazırda “Astra”nın baş məşqçisi “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Mirça Rednikdi