Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Trans" – "İnter" matçının başlama saatı bəlli olub.
Korner.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Estoniyanın "Rakvere" stadionunda keçiriləcək görüş iyulun 5-də Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 12-də "Dalğa Arena" stadionunda keçiriləcək. Hələlik bu oyunun başlama saatı məlum deyil
