“Yuventus” qapıçı gətirir
04.06.2024 , 14:23

“Yuventus” yeni transferə hazırlaşır.
Korner.az xəbər verir ki, Turin təmsilçisi “Monza”nın qapıçısı Mişel Di Qreqorionu heyətinə qatmaq istəyir.
Artıq tərəflər arasında razılığın əldə olunduğu bildirilir.
Oyunçunun transfer məbləği 18 milyon avro dəyərində olacağı gözlənilir.
