“Beşiktaş” Madrid klubundan futbolçu transfer edir
04.06.2024 , 14:57

“Beşiktaş” yeni mövsümdə müdafiə xəttini gücləndirmək istəyir.
Korner.az xəbər verir ki, klubun menecerləri “Atletiko Madrid”lə müqaviləsi başa çatacaq Stefan Saviçlə görüşüb.
33 yaşlı müdafiəçi “ağ-qaralar”dan 4 milyon avro məvacib istəyib.
Digər tərəfdən, Saviçlə “Atletiko Madrid”in 2025-ci ilə qədər müqaviləsi olsa da, İspaniya komandası Saviçin transfer haqqı olmadan komandadan ayrılmasına müsbət yanaşır.
Bu istəyi kluba çatdıran Saviç “Atletiko” rəhbərliyi tərəfindən anlayışla qarşılanıb.
Madrid klubunda uğurla çıxış edən Stefan Saviç ötən mövsüm İspaniya yığmasının heyətində 33 rəsmi oyuna çıxıb.
Mina Musayeva
