“Yuventus” Alleqri ilə bağlı qərarını verib?
01.05.2023 , 10:40

“Yuventus”un maliyyə direktoru Françesko Kalvo klubun baş məşqçisi Massimiliano Alleqrinin gələcəyi haqda danışıb.
Korner.az xəbər verir ki, o, Alleqrinin qarşıya qoyulan məqsədə çatdığını deyib.
“Bu mövsüm üçün hədəflər A Seriyasında ikinci yer və Avropa Liqasının finalına çıxmaqdır. Mənə elə gəlir ki, Alleqri özünü təsdiqləyib. O, 4 illik müqavilə ilə qayıtdı və hələ bu müddətin yarısını belə keçməyib. “Yuventus”da yeddi il ərzində 11 kubok və iki Çempionlar Liqası finalı yaşayıb. O, qətiyyən müzakirə olunmur”, – deyə Kalvo bildirib.
32 turdan sonra “Yuventus” 60 xalla İtaliya çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Turinlilər İtaliya çempionatında son dörd oyunda qalib gələ bilməyib (üç məğlubiyyət və bir heç-heçə).
