“Qəbələ”nin baş məşqçisi Yuri Syomin “Rəvan”la oyunla bağlı fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, rusiyalı mütəxəssis matça itkisiz hazırlaşdıqlarını deyib:
“Bizim üçün bütün oyunlar çətindi. Yaxşı ki, bu oyuna itkisiz hazırlaşırıq. “Rəvan” döyüşkən keyfiyyətləri olan komandadı. Onların yarış cədvəlindəki mövqeyi bizi aldatmasın”.