big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Rauf Əliyev: “Mənə lider kimi baxırlar” (MÜSAHİBƏ)

22.02.2014 , 08:14

“Mənə lider kimi baxırlar” 

Futbol üzrə Azərbaycan yığma komandasının və “Bakı”nın üzvü Rauf Əliyevin müsahibəsi

– 21-ci turda “Neftçi”, son turda isə “Xəzər Lənkəran” üzərində qələbə bu cür güclü iki rəqibi məğlub etdikdən sonra “Bakı”nın hazırkı çempionluq şansını necə dəyərləndirirsən?

– Bu son iki turdan qabaq elə də güclü komandalara qarşı oynamamışdıq. Buna görə də tam gücümüzü bilmirdik. Bilmirdik ki, böyük komandalara qarşı oynasaq, gücümüzü necə bölüşdürə biləcəyik. Ancaq son iki turda “Neftçi” və “Xəzər Lənkəran”la çox əzmkar oyun nümayiş etdirdik. Göstərdik ki, biz də varıq və bizim də iddiamız var. Hazırda birinci olaraq çempionluq haqqında deyil, Avropaya getmək barədə düşünürük.Yenə də, futboldur. Hər şey ola bilər. Belə baxanda xal fərqi də elə çox deyil.

– “Xəzər Lənkəran”la oyunda sanki, qələbə üçün elə də istəkli görünmürdünüz. “Xəzər”in bir neçə dəfə real qol vurmaq şansları oldu lakin istifadə edə bilmədilər. Ancaq bununla belə sonda 2-0 hesabı ilə qələbə qazanan siz oldunuz….

– Ola bilər. Nəzərə almaq lazımdır ki, “Xəzər” evdə oynayırdı. Doğma azarkeşlər önündə Lənkəran təmsilçisi istənilən rəqib üçün başağrısı olur. Ümumi atmosfer,təzyiq hamısı bizim əlehimizə idi. Buna görə də heç bir komanda gedib orada asan oyun nümayuiş etdirə bilmir. Qələbə qazanmağımızın əsas səbəblərindən biri ilk hissədə möhkəm dayanmağımız oldu. Mən uşaqlara  demişdim ki, çalışaq birinci hissədə var qüvvəmizlə oynayaq və qol buraxmayaq. Bundan əlavə, mən komanda yoldaşlarımla müqayisədə “Xəzər Lənkəran”a qarşı daha çox oynamışam buna görə də azdan-çoxdan onların oyun tərzinə bələdəm.Və gözlənildiyi kimi də oldu. Birinci hissədə “Xəzər Lənkəran” bizi daha çox sıxdı. Ancaq biz öz əlimizə düşən fürsətlərdən istifadə edə bildik və Lənkəran səfərindən 3 xalı götürdük.

– Fevralın 19-u “Xəzər”ə qarşı oyun, sabah isə  (fevralın 23-ü) “İnter”ə qarşı matç. Son turların belə az ara ilə keçirilməsi komandanın fiziki hazırlıq səviyyəsinə necə təsir edir?

– Şükür allaha fiziki baxımdan komanda yaxşı səviyyədədir. Amma istər Avropada, istərsə də, başqa ölkələrin çempionatlarında 3 gündən bir, oyunlar oynanılır. Ona görə də biz də gərək bu metoda öyrəşək. Futboldan və onun inkişafından danışırıqsa, tez-tez keçirilən çempionat matçlarına hazır olmalıyıq. Sözsüz ki, çətinliklər olacaq istənilən komanda üçün. Bir gün bir komanda fiziki baxımdan zəif olacaq və xal itirəcək, sabah bir digəri ancaq yavaş-yavaş bu yeniliyə alışmalıyıq. Bizdə də bu barədə hələ ki, bir problem yoxdur. Əsas axırını yaxşı gətirməyi bacaraq.

– Mövsüm sonunda sənə köhnə komandan “Qarabağ”dan  transfer təklifi gəlsə, necə qarşılayarsan? Yenidən “Qarabağ”ın şərəfini qorumaq istəyərsənmi?

– Onu deyim ki, heç ağlıma gətirmərəm belə bir şeyi. Çünki “Bakı” ilə davam edən müqaviləm var. “Bakı”dan ayrılmaq niyyətim yoxdur. Burada oynayıram və komandamın uğurlarından başqa bir şey haqqında da fikirləşmirəm. Ona görə nəyinki “Qarabağ”, başqa klublardan da transfer təklifi gəlsə, qəbul etməyəcəm.

– “Qarabağ”da oynayan Rauf Əliyevlə, “Bakı”forması geyinən Rauf Əliyev arasında fiziki baxımdan ciddi bir fərq var. “Bakı”da daha “diri” mübarizə aparırsan, fiziki durumun 90 dəqiqə mübarizə aparmağa imkan verir. Bu dəyişikliyi özündə  necə qiymətləndirirsən?

– “Qarabağ”da da  əsas heyətdə oynayırdım, bəzən əvəzlənirdim. Ancaq orada keçirdiyim son mövsümdə kifayət qədər oynamaq şansı tapa bilmədim. Bunu da fiziki baxımdan yaxşı, tam hazır vəziyyətdə olmamağımla əlaqələndirirəm. Dəyişikliyə baxanda, “Qarabağ”da ola bilər, mənə cavan bir futbolçu kimi baxırdılar, Ancaq “Bakı”da vəziyyət bir qədər başqadır. İstər rəhbərlik, istərsə də, komanda yoldaşlarım mənə bir növ lider kimi baxırlar. Yəni komandada iki-üç lider oyunçu varsa, məni də onlardan biri kimi qiymətləndirirlər. Buna görə də mən  öz üzərimə düşən böyük məsuliyyəti dərk edirəm və əvvəlcə də indi də hər oyuna çıxanda tam şəkildə etimadlarını doğrultmağa çalışıram. “Qarabağ” da oynadığım zamanlarda da heç vaxt “yola verdi futbol” oynamamışam. Gücüm çatdığı qədər komandama yardım etməyə çalışmışam.

– “Bakı” klubunun prezidenti Hafiz Məmmədov  qazandığınız qələbələrdən və ya məğlubiyyətlərdən sonra paltardəyişmə otağına gəlib sizinlə tez-tez görüşürmü? Yəni “Bakı” ilə yanaşı, sahib olduğu “Lans”a göstərdiyi diqqəti sizlərə də göstər bilirmi?

– Demək olar ki,1 ildən artıq bir vaxtdır ki, burdayam. Ancaq Hafiz müəllimlə üz-üzə gəlməmişəm. Məndən əvvəl “Bakı”ya gələn uşaqlar Hafiz müəllimin tez-tez oyunlara gəldiyini deyirdilər. Bildiyim qədərilə indi işləri daha çoxdur və vaxt azlığı səbəbindən hər dəqiqə gələ bilmir. Lakin bir neçə oyunlarımıza gəlib, baxıb. Matçdan sonra tribunadan və ya məşqçi vasitəsi ilə təbriklərini çatdırıb. Ancaq belə paltardəyişmə otağına gəlməyib. Lakin biz onun dəstəyini hər zaman hiss edirik. O, bəlkə də nadir klub prezidentlərindən biridir ki, komanda məğlub olanda və ya qalib gələndə öz dəstəyini futbolçulara çatdırıb və bizim arxamızda olduğunu nümayiş edirib.

– Bu tur “İnter”lə qarşılaşacaqsınız. Növbəti çətin rəqiblərdən biri. Oyun barədə düşüncələrin necədir?

-“İnter”ə qarşı oyunlarda həmişə əziyyət çəkmişik. “İnter”in elə bir oyun üslübu var ki, hər komandaya çətinlik yaradır. Müdafiə ağırlıqli sistemdə oynamalarından irəli gələ bilər bu çətinlik. Bizim də “İnter” sindiromumuz var. Çətin oyun gözləyir bununla belə yenə əlimizdən gələni edib qələbəyə can atacağıq.

– Ancaq “İnter”ə qarşı matçda sən cəzalısı olduğundan ( sarı vərəqə limiti) oynamayacaqsan. Yoxluğun “Bakı”nın oyununa çox təsir edəcək?

– İnanıram ki, ciddi bir təsir göstərməz. Heyətimizdə bir-birini əvəzləyə bilən,kiminsə yoxluğunu unutduran futbolçular çoxdur. Komanda yoldaşlarıma inanıram. Onlar bu tur da əllərindən gələni edib, gözəl oyun göstərəcəklər.

Son yazılar

To Top