"Xəzər Lənkəran"lın baş məşqçisi Yunis Hüseynovun Korner.az-a müsahibəsi
-Premyer Liqanın 30-cu turu çərçivəsində Bakıda "İnter"i məğlub edə bilməmənizin səbəbini nədə görürsüz?
Biz bu oyundan üç xalla ayrılmaqı hədəfləyirdik. Lakin bərabərə qaldıq. Çətin oyun oldu. Bu heç-heçə pis nəticə deyil. Komanda yaxşı oynadı. Təəssüf ki, qalib gələ bimədik.
-"Qəbələ" və "Neftçi" üzərindəki qələbələrdən sonra (1:0) komandanın çıxışından narazı qalmışdız. Bu dəfə necə?
"İnter"lə oyunda komanda daha yaxşı oynadı. Komandanın əvvəlki oyunlarına baxdıqda bir az düzəlmişdi. Keçən oyunlardakı qələbələrə baxmayaraq, oyun xoşuma gəlmirdi. Ancaq yavaş-yavaş hər şey düzəlir.
-"İnter"lə oyundan sonra komandanın paltardəyişmə otağında gərginlik yaşandı. Bunun səbəbi nə idi?
Gərginliyin səbəbi qələbə qazana bilməməyimiz oldu. "İnter"lə oyunda itirdiyimiz iki xala görə komandanın paltardəyişmə otağında bir az gərginlik var idi. Buna görə də, əhval-ruhiyyə korlanmışdı.
-Növbəti turda "Qəbələ" ilə qarşılaşacaqsınız. Onlarında avrokuboklara getməsi üçün bu oyunda qalib gəlmələri lazımdı.
Heç bir oyun asan deyil. Eləcə də, "Qəbələ" ilə oyunda ağır olacaq. Lakin biz çalışmalıyıq ki, maksimum gücümüzü qoyub, avrokuboklara vəsiqə qazanaq. Ona görə də, bu oyuna Lənkəranda 4 gündü ciddi hazırlaşırıq.
-Mahir Şükürovun adı "Xəzər Lənkəran"la birgə hallanır. Bu oyunçu yayda komandanıza keçəcək?
Transferlər barədə danışmaq istəmirəm. Qoy qalsın yaya. Bunu hamınız yayda görəcəksiz. Bəzi fubolçularımızın isə müqaviləsinin uzadılıb-uzadılmamasını isə çempionat bitdikdən sonra tam qərar verəcəyik.
Səxavət QURBANOV