"Real"ın (Madrid) ulduz futbolçusu Anxel Di Mariya gələn mövsümü düşünür.
Korner.az-ın məlumatına görə, qazandıqları çempionluğun onlar üçün az olduğunu deyən argentinalı futbolçu bu haqda belə danışıb: "La Liqadakı çempionluğumuz bizi sevindirir. Lakin daha çox çempionluq yaşamalıyıq. Ən əsas da gələn mövsüm. Qazanacağımız kubokların içində ÇL- mənim üçün vacibdir."