Ötən gün yoxlama matçında Çexiyanın "Dinamo" klubuna 2:5 hesabı ilə məğlub olan "Xəzər Lənkəran"ın heyətində meydana baxışda olan 3 legioner də çıxıb.
Korner.az-ın məlumatına görə, bu matçda Yunis Hüseynov baxşıda olan portuqaliyalı yarımmüdafiəçi Rikardo Felisberti, sloveniyalı hücumçu Denis Çuriçi və sağ cinah yarımmüdafiəçisi serb Draqan Laziçidə meydana buraxıb. Lakin ilk iki oyunçu Hüseynovun rəğbətini qazana bilməyib.
Təcrübəli mütəxəssisin bəyənmədiyi hər iki futbolçu artıq geri göndərilib. Meydanda heç də pis təsir bağışlamayan Laziç haqda isə hələlik qəti qərar qəbul olunmayıb.