Avroliqanın ilk mərhələsi çərçivəsində keçiriləcək “Bakı” – “Mura” oyununu canlı yayınlayacaq kanal bəlli olub.Korner.az-ın məlumatına görə, "zolaqlılar"ın ilk matçı AzTV vasitəsilə canlı yayınlanacaq. Xatırladaq ki, “Bakı” – “Mura” oyunu iyulun 5-də “Dalğa Arena”da keçiriləcək. Görüş saat 21:00-da start götürəcək.
Qeyd edək ki, “Bakı”dan fərqli olaraq avrokuboklarda ölkəmizi təmsil edəcək digər klubların oyunlarının hansı kanalda yayınlanacağı hələ ki məlum deyil.