“Neftçi” noyabrın 22-də Topaz Premyer Liqasının XIII turu çərçivəsində “Xəzər Lənkəran” klubunun qonağı olacaq.
Korner.az-ın mılumatına görə, “Xəzər Lənkəran” mərkəzi stadionunda baş tutacaq oyun saat 18:00-da start götürəcək.
Ümumilikdə bu komandalar indiyədək 34 çempionat oyununda qarşılaşıblar. Bu görüşlərdən 12-də “ağ-qaralar” qələbə qazanıb, 7-də isə məğlub olub. 15 oyunda heç-heçə qeydə alınıb. Top fərqi də “Neftçi”nin xeyrinədir – 39:28.
neftchipfk.com
