“Mənim Azərbaycan haqda kifayət qədər məlumatım var. Bizə qarşı çox ciddi komanda oynayacaq".
Korner.az-ın məlumatına görə, bu sözləri İsrail millisinin futbolçusu Yossi Benayun bu gün təşkil olunan mətbuat konfransında deyib. İsrail seçməsinin kapitanı millimizi qiymətləndirdiklərini bildirib:
"Bizə çox çətin olacaq. Rəqibi qiymətləndirməmək olmaz. Özümə gəlincə, baş məşqçi mənə şans versə, oynamağa hazıram”.
